1. Sözləri öyrənin

Tərcümə və Qrammatika Qeydləri hər dərs üçün yeni sözlər təqdim edir. Bu yeni sözləri onlarla qısa cümlələr qurmağı tətbiq edərək öyrənin.

2. Cümlələr qurmağa çalışın

Hər bir cümlə şablonunun mənasını başa düşdüyünüzdən əmin olun və şablon avtomatik olana qədər A və B çalışmalarını ucadan səsləndirərərk yerinə yetirin.

3. Söhbətlər aparmağa çalışın

C Çalışmasında verilən qısa dialoqlardan istifadə edərək cümlələr qurmağı məşq edin, ancaq orada dayanmayın; davam edin və söhbətləri genişləndirin. Söhbətlər öyrənənlərin qarşılaşa biləcəyi gündəlik vəziyyətləri təqlid edir və təbii danışıq ritminə yiyələnməyin ən yaxşı yolu CD dinləyərkən jestlərdən və üz ifadələrindən istifadə edərək söhbətlər etməkdir.

4. Anladığnızı yoxlayın

Hər dərs onu düzgün başa düşdüyünüzü yoxlamaq üçün istifadə etməli olduğunuz bir neçə praktik sualla başa çatır.

5. Öyrəndiklərinizi tətbiq edin

Öyrəndiyiniz yapon dilində yaponlarla danışmağa çalışın. Öyrəndiklərinizi unutmadan dərhal tətbiq etmək, irəliləməyin ən sürətli yoludur.

Hər dərsin öyrənmə ardıcıllığı
Sözləri öyrənin
(1)Hər öyrənmə hədəfi üçün
Çalışma A

Çalışma B

Çalışma C

Çümlə şablonları, Çümlə nümunələri,
Yenidən baxıb yoxlamaq
Söhbət
(2)Hər öyrənmə hədəfi üçün
Çalışma A

Çalışma B

Çümlə şablonları, Çümlə nümunələri,
Yenidən baxıb yoxlamaq
Çalışma C

Söhbət
Praktiki suallar

Marşrut (1) və (2) tutub materialı öyrənin. Bütün əsas öyrənmə hədəflərini əhatə etdiyinizə əmin olmaq üçün bu kitabın sonundakı əsas öyrənmə hədəfləri cədvəlini yoxlayın.