I. Kitabın quruluşu
Minna no Nihongo Shokyu I-nin ikinci nəşri Əsas Mətn (CD ilə) və Tərcümə və Qrammatika Qeydlər adlanan iki cilddən ibarətdir: Tərcümə və Qrammatik Qeydlər ingilis dilindən başlayaraq 14-dən çox dildə nəşr edilmişdir.
Materiallar, danışmaq, dinləmək, oxumaq və yazmaq kimi dörd səriştəni aşılamaq məqsədi ilə tərtib edilmişdir. Bununla yanaşı, Əsas Mətndə və Tərcümə və Qrammatika Qeydlərində hiraqana, katakana və ya kanci əlifbaları ilə oxumaq və yazmaq üçün təlimatlar mövcud deyil.
II. Mündəricat
1. Əsas Mətn
1) Yapon dilində tələffüz
Bu bölmədə Yapon dilində tələffüzə diqqət yetirməli olduğunuz əsas məqamların nümunələri təqdim edilir.
2) Sinifdəki dil, gündəlik salamlama, digər ifadələr və rəqəmlər
Bu bölmədə sinifdə istifadə olunan əsas söz və ifadələr, gündəlik istifadə olunan salamlama ifadələri və s. cümlələr verilir
3) Dərslər
Cəmi 25 dərs, hərəsinin tərkibində aşağıdakılar vardır:
① Cümlə şablonları
Hər dərsdə öyrəniləcək cümlələrin qurulmasının əsas şablonları verilir.
② Cümlə nümunələri
Əsas cümlə şablonlarının real söhbətdə necə istifadə olunduğunu göstərmək üçün onlar qısa dialoqlara daxil edilmişdir. Yeni zərflər, bağlayıcılar və digər nitq hissələri və öyrənmək üçün əlavə öyrənmə hədəfləri təqdim edilir.
③ Söhbət
Söhbət bölməsində Yaponiyada yaşayan əcnəbilər müxtəlif vəziyyətlərdə göstərilir. Söhbətə gündəlik təbriklər və digər ifadələr, həmçinin dərsdə öyrəniləcək materiallar daxildir. Vaxt olsa, öyrənənlər Tərcümə və Qrammatika Qeydlərində əks olunmuş bəzi faydalı sözləri daxil etməklə söhbəti inkişaf etdirməyə cəhd edə bilərlər.
④ Çalışmalar
Çalışmalar üç səviyyədə verilri: A, B və C.
A Çalışması öyrənənlərə qrammatik quruluşu asanlıqla dərk etmək üçün vizual şəkildə təqdim olunur. Bu çalışma fel birləşmələrinin və bağlantıların formalaşması və əsas cümlə formalarının öyrənənlər tərəfindən asanlıqla mənimsənilməsi üçün hazırlanıbdır.
B Çalışmasında, öyrənənlər əsas cümlə qurma sxemlərini daha yaxşı öyrənsin deyə müxtəlif formalardan istifadə edir. Ox(➡) işarəsi ilə rəqəm illüstrasiyadan istifadə edən çalışmanı göstərir.
C çalışması öyrənənlərə ünsiyyət bacarıqlarını aşılanmasına kömək etmək üçün nəzərdə tutulmuşdur. Öyrənənlər bu çalışmadan söhbət etmək üçün istifadə edir, müəyyən bir söhbətdə vurğulanan sözləri vəziyyətə uyğun alternativlərlə əvəz edirlər; lakin bunun sadə bir əvəzetmə çalışmasına çevrilməməsi üçün, imkan dairəsində əvəzetmə üçün sözlərdən istifadə etməkdən çəkinin. Bu o deməkdir ki, çalışmalar çox sərbəstdir və öyrənənlər bir illüstrasiyaya əsaslanaraq müxtəlif danışıq nümunələri yarada bilərlər.
B və C Çalışmalarına tipik cavablar ayrı bir cilddə toplanılıbdır.
⑤ Praktiki suallar
Dili dinləyib dərk etmə, qrammatikanı mənimsəmə, dildə oxuyub anlama bacarıqları üç növ praktiki suallarla inkişaf etdirilir. Eşidib dərk etməklə bağlı suallar daha sonra iki qrupa bölünür: qısa suallara cavab vermək və qısa söhbətləri dinləmək və söhbətin əsas məqamları mənimsəmək. Qrammatika sualları öyrənənlərin lüğət və qrammatikanın mənimsəməsini yoxlayır. Oxuyub başa düşmək ilə bağlı suallara gəldikdə, öyrənənlər artıq öyrəndikləri lüğət və qrammatikanı əhatə edən sadə keçid ilə tanış olur və onun məzmunu ilə bağlı müxtəlif növ tapşırıqları yerinə yetirirlər.
⑥ Təkrar
Bu bölmədə, öyrənənlərin hər bir neçə dərsdən sonra keçdiyi materiallar təkrarlanır.
⑦ Zərflərin, birləşmələrin və danışıq ifadələrinin qısa xülasəsi
Bunlar öyrənənlərin bu dərslikdə təqdim olunan zərflər, birləşmələr və danışıq ifadələri ilə tanış olması üçün nəzərdə tutulmuş praktiki suallardır.
4) Fel formaları
Bu bölmədə dərslikdə təqdim olunan fel formaları və fel sonluqları haqqında bəhs edilri.
5) Əsas öyrənmə hədəfləri cədvəli
Bu, A Çalışmasına diqqət yetirərək, dərslikdə təqdim olunan əsas öyrənmə hədəflərinin xülasəsidir. O, Çümlə Şablonlarının, Çümlə nümunələrinin, B və C Çalışmalarının hansılarının A Çalışmasında hansı öyrənmə hədəfinə uyğun olmasını göstərir.
6) İndeks
Buraya, hər dərsə isnadlar ilə yanaşı Sinif Dili, Gündəlik Salamlama və İfadələr və hər dərsdə verilən yeni lüğət və ifadələr daxildir.
7) CD
Bu kitabla yanaşı, hər dərsin danışıq və dinləyib başa düşmə hissələri ilə bağlı çalışmalar daxil olan CD verilir.
2. Tərcümə və Qrammatika qeydləri
1) Yapon dilinin ümumi xüsusiyyətlərinin, eləcə də Yapon dilinin yazı və tələffüz sisteminin izahatları.
2) Sinif Dilindən tərcümələr, Gündəlik Salamlama cümlələri və İfadələr.
3) 1-dən 25-ə qədər dərslərin hər birinə aşağıdakılar daxildir:
① Yeni sözlər və onların tərcümələri.
② Çümlə şablonlarının, Çümlə Nümunələrin və Danışıqların tərcümələri.
③ Hər dərs ilə bağlı faydalı sözlər və Yaponiya haqqında məlumatlar.
④ Çümlə Şablonlarının və ifadələrin qrammatikasının izahatları.
4) Rəqəmləri, vaxtı və vaxt müddətlərini, əks şəkilçilərini və fel birləşmələrini necə ifadə etməyin qısa təsviri.
Ⅲ. Dərsləri başa çatdırmaq üçün tələb olunan vaxt
Öyrənənlər hər dərsi təxminən 4-6 saata, bütün kitabı isə təxminən 150 saata mənimsəməlidirlər.
Ⅳ. Lüğət
Kitabda əsasən gündəlik həyatda tez-tez istifadə olunan təxminən 1000 söz var.
Ⅴ. Kanji-dən istifadə
Mümkün olduğu hər yerdə, bu kitabda istifadə olunan heroqliflər 1981-ci ildə Yaponiya Nazirlər Kabineti tərəfindən müntəzəm istifadə üçün bəyan edilmiş heroqliflər siyahısından (Joio Kanji) seçilmişdir.
1)
Joio Kanji heroqliflər siyahısına əlavədə yer tutan 熟字訓 (iki və ya daha çox heroqlifdən əmələ gələn və xüsusi oxunuşu olan sözlər) Kanji heroqlifləri ilə yazılır:
məsələn | |
友達 | dost |
果物 | meyvə | eynək |
2) Joio heroqlifləri siyahısında yer tutmayan bəzi kanji heroqlifləri və oxunmalar məkan adlarında, insan adlarında, digər xüsusi isimlərdə, həmçinin bədii, mədəni və digər ixtisaslaşmış sahələrdən olan sözlərdə istifadə edilmişdir:
məsələn | |
大阪 | |
奈良 | Nara |
歌舞伎 | kabuki |
3) mətni oxumaq üçün asanlaşdırmaq məqsədi ilə bəzi sözlər Joio Kanji heroqlifləri siyahısında olsa da kana heroqlifləri ilə yazılmışdır:
məsələn | |
ある(有る・在る) | var・mövcud olmaq |
たぶん(多分) | bəlkə |
きのう(昨日) | dünən |
4) rəqəmlər ümumiyyətlə ərəb rəqəmləri ilə göstərilir:
məsələn | |
9時 | saat doqquz |
4月1日 | 1-I aprel |
1つ | bir |
Ⅵ. Digərləri
1) Buraxıla bilən sözlər kvadrat mötərizədədir:
məsələn | |
父は 54[歳]です。 | Mənim atamın 54 [yaşı var]. |
2) Sinonim sözlər və ifadələr mötərizədədir::
məsələn | |
だれ(どなた) | kim |